Sabirabadda iki avtomobil toqquşdu: bir ailənin beş üzvü xəsarət aldı
Sabirabad rayonunda baş verən yol qəzasında bir ailənin beş üzvü ağır xəsarətlər alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 7.00 radələrində Hacıqabul-Bəhrəmtəpə magistralının 18-ci kilometrliyində, Sabirabad rayonunun Nizami kəndində qeydə alınıb.
“Mercedes” markalı, 01 BR 882 dövlət nömrə nişanlı avtomobillə İmişli rayon sakini, 1985-ci il təvəllüdlü Muradov Raqif Ənvər oğlunun idarə etdiyi “VAZ-21099” markalı, 30 BF 792 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Nəticədə “VAZ-21099” markalı avtomobilin sürücüsü və sərnişinləri - 1975-ci il təvəllüdlü Müşkül Yolçu oğlu İmanov, 2002-ci il təvəllüdlü Elvin Müşkül oğlu İmanzadə, 2004-cü il təvəllüdlü Aysun Müşkül qızı İmanlı və 1984-cü il təvəllüdlü Gülarə Ənvər qızı İmanova ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, hadisəyə səbəb “Mercedes” markalı avtomobilin “VAZ-21099” markalı avtomobilin hərəkət zolağına çıxması olub.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.