Bakıda 84 yaşlı kişinin qətlinə görə 3 nəfər tutuldu - BİRİ QADINDIR

Bakıda törədilən qətlin üstü açılıb. DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, mayın 4-də Bakı şəhər sakini, 84 yaşlı Məmməd Səmədovun əlləri mələfə ilə arxadan bağlı vəziyyətdə olan meyiti yaşadığı Yasamal rayonu, A.Abbasov küçəsindəki mənzilində tapılıb.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zabil Məmmədov, İlyas Məmmədov və Yevlax rayon sakini Ceyhunə Qurbanova tutulublar.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv