Ordumuzun əsgəri şəhid oldu

Azərbaycan ordusunun əsgəri şəhid olub. APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mayın 8-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Heydərov Əli İntiqam oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir! Allah rəhmət eləsin!!!

Müəllif | Apa.Tv