Qaradağda 30 yaşlı gənci maşın vurub öldürdü

Qaradağda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Salyan şosesində qeydə alınıb.1988-ci il təvəllüdlü Cəfərov Nicat Tariyel oğlunun idarə etdiyi "Daewoo" markalı avtomobil yolu keçmək istəyən 32 yaşlı Hikmət Fikrət oğlu Cabbarovu vurub. Səbail Rayon Polis İdarəsinin baş müstəntiqi Həmzə Bayramzadə APA TV-yə bildirib ki, piyada elə hadisə yerindəcə keçinib.Sürücünün ifadəsi alınması üçün polis idarəsinə, avtomobili isə evakuator vasitəsilə cərimə meydançasına aparılıb.

 

Qeyd edək ki, hadisə ilə bağlı yayılan ilkin məlumatda mərhumun kafedən oğurluq edib qaçarkən maşınla vurulduğu bildirilib. Lakin sonradan polis bu məlumatı rəsmən təkzib edib.

 

Müəllif | Apa.Tv