“Brent” və WTI neftinin qiyməti bərabərləşir
Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. APA TV-nin məlumatına görə, birjaların səhər seanslarında “Brent” markalı neftin 1 bareli 43,53 dollardan satılıb. Uzun müddətdən sonra ilk dəfə olaraq “Brent” nefti ilə Qərbi Texas nefti arasında qiymət fərqi minimuma enib. Hazırda hərraclarda WTI neftinin bir bareli 43,41 dollardan satılır. Bu, 2016-cı ildə iki neft markası arasında qiymət fərqinin 12 sentə düşməsinə dair ilk haldır.
Ekspertlər neftin qiymətinin hələ də iqtisadi deyil, siyasi amillər nəticəsində formalaşdığını bildirir. Ucuzlaşma tendensiyasının davam edib-etməyəcəyi barədə ilk ehtimalları günün axırıncı seanslarında irəli sürmək mümkün olacaq.