Manat bahalaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi azalıb. Mərkəzi Bank dolların kursunu 1,5094 manat olaraq müəyyənləşdirib.

 

Bivalyuta səbətinə daxil olan avro da manat qarşısında dəyər itirib. Avronun rəsmi məzənnəsi 1,7168 manat olaraq açıqlanıb.

 

Rusiya rublunun da məzənnəsi ucuzlaşıb. Hazırda 1000 Rusiya rublu 22 manat 70 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv