Film kimi qəza: maşın piyadanı vurmamaq üçün aptekə girdi
Balakən rayon sakini idarə etdiyi avtomobillə Zaqatalada yolu keçmək istəyən piyadanı vurmamaq üçün yolun kənarındakı apteki dağıdıb.
APA TV-nin məlumatına görə, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi magistral yolunun 130-cu kilometrliyində, yolun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.
Balakən rayon sakini Tərlan Səiddin oğlu Vəliyev idarə etdiyi “Lada Priora” markalı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən qarşısına piyadanın çıxması səbəbindən idarəetməni itirib. Nəticədə maşın yolun sol kənarında fəaliyyət göstərən aptek binasına girib. Qəza nəticəsində xəsarət alan olmasa da, aptekə və maşına ciddi ziyan dəyib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.