Lənkəranda 15 yaşlı yeniyetmə bıçaqlandı
Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, insident mayın 9-da axşam saatlarında şəhərin Xəzər dənizi sahilindəki ərazisində qeydə alınıb.
Lənkəran şəhər sakini, 15 yaşlı Yunus Elşad oğlu Əzimzadə naməlum şəxs tərəfindən bıçaqlanıb.
Boyun nahiyəsinin və sağ əlinin kəsilmiş-deşilmiş yarası xəsarətləri alan zərərçəkən dərhal ətrafdakıların köməyi ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada onun üzərində cərrahiyyə əməliyyat aparılıb, yaraları tikilib. Hazırda Yunus Əzimzadənin vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəni törətmiş şəxs isə istintaqdan yayınıb. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Yeniyetməyə xəsarət yetirmiş şəxsin saxlanılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri görülür.