Biləsuvarda mal-qara oğruları tutuldu: üçü bir ailənin üzvüdür

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları mal-qara oğurluğu ilə məşğul olan 4 nəfərdən ibarət dəstəni ifşa edib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, əslən Ağcabədi rayonunun Xocavənd kəndindən olan Səda və Dilqəm Mirzəliyev qardaşları, onların  əmisi oğlu Taleh Mirzəliyev və Ramil Əbilov əlbir olaraq, müxtəlif vaxtlarda vətəndaşlara məxsus xeyli sayda iri və xırdabuynuzlu heyvan oğurlayıblar.

 

Dəstə üzvləri izi itirmək məqsədilə oğurluğu fərqli vaxtlarda Saatlı, Sabirabad, İmişli və Salyan rayonlarında həyata keçiriblər. Sonuncu dəfə isə hədəf Biləsuvar rayonunun Ağayrı kəndində Sakit Nəzərovun təsərrüfatı seçilib. Dəstə üzvləri bir gecədə kənd sakininin 43 baş qoyununu oğurlayıblar. Oğurluq heyvanlar isə Ramil Əbilova məxsus "QAZel" markalı yük maşını vasitəsilə Bərdə və İmişli rayonlarındakı mal-qara bazarlarında satışa çıxarılıb.

 

Cinayətkar dəstə müxtəlif vaxtlarda ümumilikdə 100 başdan çox qoyun, 30 başdan çox inək oğurlayaraq bazarlarda satıb.

 

Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv