Ermənistanda çörək istehsalı azalıb - SƏBƏB

Ermənistanda çörək istehsalı azalıb. APA TV-nin erməni mənbələrinə istinadən verdiyi xəbərə görə, ölkənin Statistika Xidməti 2016-cı ilin birinci rübündə 70 min 900 ton çörək istehsal olunub.

 

Bu göstərici 2015-ci ilin ilk 3 ayı ilə müqayisədə 2 faiz azalma deməkdir. Ermənistanda bu sahədə eniş ötən il də müşahidə olunub. Bildirilir ki, azalmaya 2014-2015-ci illərdəki rəqəmləri müqayisə etdikdə də rast gəlinir.


Xatırladaq ki, Ermənistanda əhalinin sayında da azalma müşahidə olunur. 2016-cı ilin yanvarın 1-nə olan hesablamaya görə, ölkə əhalisi 2 milyon 998 min 600 nəfər təşkil edib. İlin əvvəlindən mayın 1-nə qədər Ermənistanı 12 min nəfər tərk edib.

Müəllif | Apa.Tv
Apa.tv