Şamaxıya dolu düşdü, sel gəldi: mal-qara və ev quşları tələf olub

Şamaxı rayonuna iki gündür ki, yağan leysan yağışları və dolu bir sıra fəsadlar törədib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, son günlər yağan yağışlar nəticəsində Pirsaat çayında suyun səviyyəsi xeyli artıb. Çayın üzərində körpü olmadığı üçün Ərciman kəndinin sakinlərinin rayon mərkəzinə gediş-gəlişində çətinlik yaranıb. Həmişə çayın içindən keçərək hərəkət edən sakinlər iki gündür ki, suyun artması səbəbindən bir tərəfdən digər tərəfə keçə bilmirlər.

 

Güclü küləklə müşayiət olunan dolu rayonun Ərciman və Çağan kəndlərində təsərrüfata ciddi ziyan vurub, əkin sahələrindəki tərəvəz məhsullarını, ağaclardakı meyvələri məhv edib. Sel suları sakinlərin taxıl sahələrinə xeyli ziyan vurub, 15-ə yaxın ev quşu, 4 baş iri buynuzlu mal-qara tələf olub.

Müəllif | Apa.Tv
Elvin Yaqubov