Səudiyyə neft hasilatını artırır: qiymətlər kəskin düşəcək

Səudiyyə Ərəbistanı 2016-cı ildə neft hasilatını artırmağı və dünya bazarında öz mövqeyini möhkəmləndirməyi planlaşdırır.

 

"APA-Economics" xəbər verir ki, bu barədə dövlət şirkəti olan "Saudi Aramco Oil Co."-nun rəhbəri Amin Nasser deyib.

 

A.Nasser qeyd edib ki, qarşıdan gələn həftələr ərzində şirkət "Shaybah" yatağında hasilatı 33% artıraraq sutkada 1 mln. barrelə çatdırmaq niyyətindədir.

 

"Dünya bazarında vəziyyət qəlizdir, lakin hasilatın artırılması üçün imkanlar var", - deyə A.Nasser bildirib.

Müəllif | Apa.Tv
Apa.tv