Rüfət Aslanlı: "Xarici valyutada kreditlərin verilməsinə qadağa qüvvədə qalır"

"Maliyyə Bazarlarına Nəzarət Palatasının problemli kreditləri artan və aktivlərinin keyfiyyəti pisləşən banklara münasibətdə ayrıca proqramı var".

 

APA TV-nin məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı səsləndirib.

 

Palatanın sədri bildirib ki, hökumət likvidlik problemi ilə üzləşən banklara bundan sonra da yardım etməyi planlaşdırır: "Banklar qısamüddətli likvidlik problemi ilə üzləşərsə, biz bu situasiyanı göz altına almışıq. Hökumət o banklara likvidliklə bağlı yardım etməyə planlaşdırır. Bilirsiniz ki, "Bank Standard"a üzləşdiyi belə bir problemi həll etmək üçün çox təcili qaydada yardım olundu".

 

Rüfət Aslanlı onu da bildirib ki, yeni kreditləşmə modelinə əsasən xarici valyutada verilən istehlak kreditlərinin verilməsinə olan qadağa bəzi istisnalar olmaqla qüvvədə qalmaqdadır.

Müəllif | Apa.Tv
Fərid Rəsulov