Pirallahı sakinindən silah-sursat və narkotik tapıldı
Pirallahı sakinindən silah-sursat və narkotik vasitə götürülüb. APA TV-nin məlumatına görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Faiq Sadıqov saxlanılıb.
Onun evinə baxış keçirilən zaman oradan fişəng atan tapança, 36 ədəd müxtəlif çaplı patron, bir ədəd “RQD-5” və bir ədəd “F-1” qumbarası, habelə dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkarlanıb.
Saxlanılan şəxsin sözlərinə görə, gündəlik spirtli içki qəbul etsə də, narkotik maddədən heç vaxt istifadə etməyib. Lakin günlərin birində dibçəkdə çətənə kolu əkməyi qərara alıb.
Faktla bağlı araşdırma aparılır.