AJF-nin keçirdiyi "exit-poll" saat 16:00-a qədər davam edəcək

İnformasiya mərkəzi səhər saat 8-dən açılıb. Şirkətin icraçı direktoru Barbara Fiala şirkətin 1676 nümayəndəsinin ölkə üzrə 835 məntəqədə 60.336 respondentlə “exit-poll” keçirəcəyini açıqlayıb. O nəticələrin 0,4 faiz nisbi xəta ilə dəqiq olacağına əmin edib.  AJF-in əməliyyatlar üzrə meneceri Ann Barnhart məlumatların informasiya mərkəzinə hər 3 saatdan bir daxil olacağını söyləyib. Məlumatları təxminən 40 nəfər qəbul edəcək və 20 operatora ötürəcək. Məntəqələrdə şirkətin xüsusi təlimlər keçirilmiş supervayzerləri işləyir. 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 4 saylı məntəqəsində sorğu aparan AJF əməkdaşı seçicilərin fəallığının yüksək olduğunu söyləyib. "Exit-poll” saat 16:00-dək davam edəcək. Xatırladaq ki, “Arthur J.Finkelstein and Associates” (AJF) şirkəti ilə “APA Holding” arasında əməkdaşlıq haqqında müqavilə sentyabr ayrında holdinqin prezidenti Vüsalə Mahirqızı və şirkətin icraçı direktoru Barbara Fiala arasında imzalanıb.

 

Müəllif | Apa.Tv