Türkiyədə növbəti terror: 3 ölü, 42 yaralı
Türkiyənin Diyarbəkir şəhərində törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 42 nəfər yaralanıb. APA TV-nin xəbərinə görə, bu barədə Diyarbəkir valisi administrasiyasının məlumatında bildirilib.
Belə ki, Diyarbəkirin Bağlar rayonunda saxlanılan PKK terrorçularını həkim müayinəsinə aparan mikroavtobusun yaxınlığında minalanmış avtomobil partladılıb. Partlayış nəticəsində 12-si polis və 33-ü mülki şəxs olmaqla 45 nəfər yaralanıb, onlardan üçü sonradan xəstəxanada keçinib.
Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.