Belçikalı müşahidəçi: "İnsanların çoxluq şəkilində gəlməsi kimi kiçik nüanslar var"

Azərbaycanın şimal bölgəsini əhatə edən seçki məntəqələrində səsvermənin ilk saatlarından seçici fəallığı müşahidə olunur. Seçkini beynəlxaq müşahidəçilər izləyir. Belçika Parlamentinin nümayəndəsi David Kers APA TV-yə bildirib ki, səhərdən müşahidə aparırlar. Müşahidələr onu göstərir ki, çox şəffafdır: "İnsanlar sərbəst şəkildə öz seçimlərini edə bilirlər. Bizim artıq 6-cı seçki məntəqəsidir ki, müşahidə edirik. Heç bir ciddi nöqsan qeydə alınmayıb".

 

Belçika nümayəndə heyətinin üzvü Andre Obelik isə deyib ki, seçki çox sakit və qaydalı şəkildə baş tutur: "Qeyd edə bilərəm ki, bəzi kiçik nüanslar var. İnsanların çoxluq şəkilində gəlməsini, səs-küy olmasını kiçik bir nüans kimi qeyd edirəm. Seçicilərin aktivliyi müşahidə olunur".

 

Ümumilikdə şimal bölgəsini əhatə etmiş 6 seçki dairəsində 356  məntəqə üzrə 274 min 309 nəfər seçici qeydiyyata alınıb. 

Müəllif | Apa.Tv
Vəli Turan