Tərtərdə qızıl alverçisini döyərək qarət edən dəstə tutuldu

Tərtərdə qızıl alverçisini döyüb qızıl-zinət əşyalarını oğurlayan şəxslər saxlanılıb.

 

APA TV-nin məlumatına görə, vətəndaş Məmmədov Ramiz Əmrah oğlunun şikayəti əsasında hərəkətə keçən polis Tərtər rayon sakinləri Paşayev Elgiz Şahin oğlu, Hümbətov İlqar Vahid oğlu və Əmirli Cəlil Yaqub oğlunu saxlayıb.

 

Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər. Onlar Ramiz Məmmədovu döydükdən sonra qarət edib apardıqları qızıl-zinət əşyalarını Bakı şəhərində qızıl mağazasına 34 min  manata satıb, pulunu öz aralarında bölüblər.

 

Araşdırmalar zamanı məlum olub ki, qrup üzvləri bundan əvvəl də Tərtər rayonunda silsilə oğurluq cinayətləri törədiblər.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv