Qarabağda erməni generalın əmisi oğlu vuruldu

Ermənistan parlamentinin deputatı, general-leytenant Seyran Saroyanın əmisi oğlu Azərbaycanın işğal olunmuş torpaqlarında yaralanıb. APA TV-nin xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.

 

Onun vəziyyətinin ağır olduğu, süni tənəffüs aparatına qoşulduğu bildirilir. Azərbaycan hərbçiləri tərəfindən zərərsizləşdirilən 32 yaşlı Artur Saroyan könüllü kimi aprelin əvvəlində Qarabağa gələrək döyüşlərdə iştirak edib.

Müəllif | Apa.Tv
Apa.tv