Bakı metrosunda həkim öldü

Bakı metrosunda ölüm hadisəsi baş verib. Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saat 09.30 radələrində Bakı Metropoliteninin Qara Qarayev stansiyasında qeydə alınıb. Platformada olan sərnişinlərdən biri qəfildən vəfat edib. 

 

Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya faktı təsdiqləyərək bildirib ki, yaşlı bir kişi platformada olan zaman özünü pis hiss etdiyi üçün təcilli tibbi yardım çağırılıb. Lakin həkimlər gələnədək o, dünyasını dəyişib.

 

Araşdırmalar nəticəsində dünyasını dəyişən şəxsin, Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü Emin Hüseynağa oğlu Həsənov olması müəyyən edilib. E.Hüseynov həkim olub. İlkin ehtimala görə, o ürəktutmasından vəfat edib.

Hazırda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv