Sabah havanın temperaturu 28 dərəcəyə çatacaq

Mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-15 , gündüz 20-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 , gündüz 23-28,  dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv