Qaxda ilan sancan 57 yaşlı kişi öldü

Qaxda qoyun otararkən ilan sancan 57 yaşlı kişi ölüb.

 

APA TV-nin məlumatına görə, mayın 10-u günorta saatlarında rayonun Qıpçaq kənd sakini, 1959-cu il təvəllüdlü Qəhrəman Qurban oğlu Qasımov kəndin inzibati ərazisində qoyun otararkən ilan qəfildən onun sol ayağının baldır nahiyəsindən sancıb.

 

57 yaşlı Qəhrəman Qasımov ağır vəziyyətdə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Xəstəxananın reanimasiya şöbəsində Qurban Qasımova lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğunu nəzərə alaraq müayinə və müalicəsini davam etdirmək üçün həkim nəzarəti altında Bakı şəhərinə, Respublika Toksikologiya Mərkəzinə göndərilib.

 

Respublika Toksikologiya Mərkəzində həkimlərin səyinə baxmayaraq, Qəhrəman Qasımov gecə saatlarında orada ölüb. Mərhum bu gün səhər saatlarında yaşadığı Qıpçaq kəndinə gətirilərək dəfn edilib.

Müəllif | Apa.Tv
Apa.tv