Ermənistan “Eurovision”dan kənarlaşdırıla bilər
Avropa Yayım Birliyi (AYB) Ermənistan təmsilçisinin birinci yarımfinal mərhələsi zamanı gözləmə otağında Dağlıq Qarabağdakı separatçı rejimin “bayrağı”ını dalğalandırmasını pisləyib.
APA TV-nin məlumatına görə, qurumun bəyanatında bu cür halların “Eurovision” mahnı müsabiqəsinin adına xələl gətirəcəyi bildirilir.
Qurumun nəzarət qrupu qaydalara əsaslanaraq Ermənistanın yayım hüququ olan “AMP TV”yə qarşı sanksiya tətbiq etməyi qərara alıb. Sanksiyanın nəticəsi qrupun iyunda keçiriləcək iclasında müəyyən olunacaq. Nəzarət qrupu qaydaların pozulmasının ölkənin müsabiqədən kənarlaşdırılması və digər əlavə tədbirlərin tətbiqi ilə nəticələnə biləcəyini bəyan edib.