Balakəndə evləri qarət edən dəstə ələ keçdi

Balakəndə evlərdən oğruluq edən şəxslər tutulub. Balakən Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Balakən şəhəri, M.İbrahimov küçəsi-66 ünvanında yaşayan Cəvahir İsa qızı Layıcova evdə olmadıqları müddətdə evdən oğurluq edilməsi barədə RPŞ-yə müraciət edib.

 

Müraciət əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cəvahir Layıcovaya məxsus evdən oğruluq edən şəxslərin Balakən şəhər sakinləri - Elşən İlyas oğlu Corov və Elnur Nurəddin oğlu Xəlilov olduğu müəyən edilib. Keçirilmiş tədbir nəticəsində hər iki şəxs tutularaq istintaqa təhvil verilib.


Aparılan ilkin istintaq zamanı məlum olub ki, bu ilin yanvar və fevral aylarında Elşən  Corov və Elnur Xəlilov qabaqcadan əlbir olaraq, Cəvahir Layıcovaya məxsus evin pəncərəsindən içəri qanunsuz daxil olmaqla müxtəlif qab və məişət avadanlıqları, geyim əşyaları oğurlayıblar.

 

Elşən Corov və Elnur Xəlilovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində o da məlum olub ki, onlar fevral ayında Balakən şəhər sakini Vüqar Əliyevə məxsus evin pəncərəsindən qanunsuz evə girərək oradan 1 ədəd paltaryuyan maşın, 1 ədəd televizor və digər ev əşyaları oğurlayıblar.

 

Aparılmış ilkin istintaq zamanı məlum olub ki, Elşən  Corov və Elnur  Xəlilov vətəndaşlara ümumilikdə 5 min AZN məbləğində maddi ziyan vurublar. Hər iki şəxs barəsində Balakən Rayon Məhkəməsinin qərarı ilə 3 ay həbs-qətimkan tədbiri seçilib.


Faktla bağlı Balakən RPŞ-də Cinayət Məcəlləsinin üç maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv