Dünyanın gözü neftdə! Qiymətlər 48 dollara yaxınlaşır!
Birjalarda neftin qiyməti sürətlə bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, hərraclarda “Brent” markalı neftin qiyməti son 24 saatda daha 2 dollar bahalaşıb. Hazırda birjalarda “Brent” neftinin bir bareli 47,60 dollardan satılır. Qərbi Texas neftinin qiyməti də 2016-cı ilin maksimum həddinə çatıb. Bir gün 1,5 dollar dəyər qazanan WTI neftinin bir bareli 46,34 dollara təklif olunur.
Ekspertlər neftin bahalaşmasının əsas səbəbləri sırasında Birləşmiş Ştatların neft ehtiyatlarının azalmasını göstərirlər. Analitiklər ABŞ-ın neft ehtiyatlarının artacağını proqnozlaşdırsalar da, ABŞ Energetika İnformasiya Nazirliyi ehtiyatların 3,41 milyon barel azaldığını açıqlayıb. Bu isə qiymətlərin 2,5 faiz artmasına səbəb olub. Treyderlər qiymətlərin həftənin son seansına kimi 50 dollara çata biləcəyini ehtimal edirlər.