Brayza: "ABŞ Rusiyaya Qafqazda möhkəmlənmək üçün şərait yaradır"

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həll olunmasında aktiv rol oynamaq istəmir". APA TV-nin məlumatına görə, bunu BŞ-ın Dövlət Departamentinin baş katibinin Cənubi Qafqaz üzrə keçmiş köməkçisi, ATƏT-in Minsk Qrupunun eks-həmsədri, daha sonra isə ABŞ-ın Azərbaycanda səfiri vəzifəsində çalışan Metyu Brayza deyib.


O bildirib ki, Rusiya bu problemin həllində daha aktiv mövqedədir. "Prezident Obama bölgədə davam edən münaqişənin aprel ayında son 20 ildə ən gərgin vəziyyətə çatmasından sonra belə konkret bəyanatla çıxış etmədi", - deyə o əlavə edib.

 

Brayza açıqlayıb ki, məhz ABŞ-ın bu mövqeyi Rusiyaya regionda liderlik etməsinə şərait yaradır və bu, Vaşinqtonun səhvidir.


Diplomat qeyd edib ki, ABŞ Dağlıq Qarabağ probleminin həllində daha ciddi rol oynaya bilər, amma bu baş vermir: "Deyə bilərəm ki, ABŞ üçün bu münaqişənin həlli elə də prioritet məsələ deyil". 

Müəllif | Apa.Tv
Apa.tv