Azərbaycanda tanınmış alimə qarşı 120 min manatlıq dələduzluq

Azərbaycanda tanınmış alimə qarşı dələduzluq edilib. Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən bildirilib.

 

Məlumata görə, mayın 10-da rayon Polis İdarəsinə Bakı şəhər sakini, 1943-cü il təvəllüdlü Adil Salah oğlu Təhməzova qarşı külli miqdarda dələduzluq edilməsi ilə bağlı şikayət ərizəsi daxil olub. Şikayət ərizəsində bildirilir ki, Suliddin və Hakim adlı şəxslər A.Təhməzovun etibarından sui-istifadə edərək, onu aldadıb 120 min manat pulunu alıblar.

 

Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.

 

Qeyd edək ki, pulu mənimsənildiyi bildirilən A.Təhməzov Azərbaycanın tanınmış riyaziyyatçı alimidir.

Müəllif | Apa.Tv
Apa.tv