İmişlidə 6 otaqlı ev yandı

İmişlidə  fərdi yaşayış evində yanğın baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisəsi Yusifova Gülsurə Baba qızına məxsus olan Xaqani küçəsi, ev 38-də qeydə alınıb.

 

Otaqlardan birində yaranan alov qısa müddətdə digər otaqlara keçib. 168 kv. metr sahəsi olan bir mərtəbəli və altı otaqdan ibarət olan evin 90 kv. metri əşyaları ilə birgə yanıb. Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, yanğının ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı