Ermənistan dövləti yaralılarına sahib çıxmadı

Aprel döyüşlərində düşmənə açılan cavab zərbələri nəticəsində ağır yaralanan iki erməni hərbçisi xaricə müalicəyə göndərilir.

 

APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, onlar bu vaxta qədər İrəvandakı "Erebuni" klinikasında müalicə alsalar da, ailə üzvləri buna etiraz ediblər.

Arman Lazqiyan və Ruben Arakelyanın valideynləri övladlarının düzgün müalicə almadığını, dərman çatışmazlığını və ölkə səhiyyəsinin öz hərbçilərinin sağaldılması prosesində aciz olduğunu iddia ediblər. Ermənistanın səhiyyə naziri Armen Muradyan da bunu etiraf edib.

Mayın 11-də valideynlər nazirlə görüşüblər və məmur onlara dövlətin bu xərcləri qarşılaya bilməyəcəyini deyib. Muradyan yalnız lazım olan vəsaitin kiçik bir hissəsini hökumətin qarşılaya biləcəyini deyib.

Xatırladaq ki, görüşdən öncə yaralı hərbçilərin valideynləri dövlətin onlara kömək edə biləcəyinə şübhə ilə yanaşdıqlarını və övladlarının müalicəsinin ianələr hesabına aparıla biləcəyinə daha çox əmin olduqlarını vurğulayıblar.

Ermənistanın Könüllü Döyüşçülər Birliyi isə daha adı çəkilən hərbçilərdən başqa daha iki əsgərin ağır vəziyyətdə olduğunu açıqlayıb.

Müəllif | Apa.Tv
Apa.tv