Ən yaşlı seçici səs vermək üçün özü məntəqəyə getdi

Üç əsrin şahidi olan 124 yaşlı Gözəl Dadaşova 89 saylı Göyçay-Ağdaş DSK-nın 24 saylı seçki məntəqəsinə gedərək səs verib. Gözəl Dadaşova ailə üzvləri ilə birgə Ağdaş rayonunun Qulbəndə kəndindəki seçki məntəqəsinə gedib. O, APA TV-yə özü ilə bərabər 41 övladının, nəvəsinin, nəticəsinin və kötüçəsinin də prezident seçkilərində fəal iştirak etdiyini bildirib.

 

Yaşının çox olmasına baxmayaraq sərbəst hərəkət edən, yaddaşından şikayəti olmayan, normal görmə qabiliyyətinə malik olan və özünü sağlam hiss edən 124 yaşlı Gözəl nənə dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak etdiyini söyləyib.

 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov