İstanbulda partlayış: 6 hərbçi yaralandı

Bu gün İstanbulda partlayış törədilib. APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Sancaktəpə rayonunda baş verib.

 

Osmanqazi prospektində yerləşən hərbi hissənin yaxınlığındakı minik avtomobili partladılıb. Partlayış hərbçilərin olduğu xidməti maşın keçərkən törədilib.

 

İlkin məlumata görə, maşında olan 6 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Müəllif | Apa.Tv
Apa.tv