MDB-dən gələn müşahidəçilər səsvermə prosesindən danışdılar

117 saylı Oğuz-Qəbələ DSK-da 45.080 seçici qeydiyyatdadır. Seçicilərin 2782 nəfəri ilk dəfə səs verir. MDB-dən olan müşahidəçilər Oğuzda səsvermə prosesini izləyiblər. Müşahidəçi Valeri Samakrutov APA TV-yə dedi ki, secki Azərbaycan qanunlarına uyğun kecırilir: "Müşahidə apardığımız seçki məntəqqələrində təşkilatı işlər çox yaxşı təşkil olunduğunun şahidi olduq".

 

Digər müşahidəçi Vladimir Sobliyev ciddi iradlarla qarşılaşmadıqlarını dedi: "Çünki seçki öncəsi hazırlıq prosesi yüksək təşkil olnub. Bütün məntəqələrdə bizi çox yaxşı qarşıladılar. Biz həm də seçicilərin fəal iştrakının şahidi olduq".

 

Müşahidəçi Marat İslamov isə Azərbaycanda sonuncu dəfə 7 il əvvəl olduğunu xatırlatdı: "Xüsusi qeyd edim ki, respublikada cididi şəkildə yaxşı mənada dəyişilik var. Əhali seçkiyə böyük ruh yüksəkliyi ilə gedir.Təşkilatcılıq işlərinə söz ola bilməz".   

 

Ümumilikdə, Oğuzda seçkini 611 yerli, ATƏT-in 2 və MDB-nin 6 müşahidəçisi izləyib.

 

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov