Dollar bahalaşdı, avro ucuzlaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi artıb. Mərkəzi Bank dolların kursunu 1,5093 manat olaraq müəyyənləşdirib.

 

Bivalyuta səbətinə daxil olan avro isə manat qarşısında dəyər itirib. Avronun rəsmi məzənnəsi 1,7163 manat olaraq açıqlanıb.

 

Rusiya rublunun məzənnəsi dəyişməyib. Hazırda 1000 Rusiya rublu 23 manat 20 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv