Gəncədə avtomobil ağaca çırpıldı, sürücü öldü

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şahsevənlər küçəsində qeydə alınıb.

 

Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Cəlal Sadiq oğlu Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib.

 

Faktla Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Azər Məmmədli