PKK Diyarbəkiri yenə qana boyadı: 4 ölü, 15 yaralı

PKK terror təşkilatı Türkiyənin Diyarbəkir şəhərini yenə qana boyayıb.

 

APA TV-nin məlumatına görə, bomba ilə yüklü mikroavtobusun partladılması nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

 

Partlayışdan sonra hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən briqadaları gəliblər. Eyni zamanda polis əraziyə nəzarəti ən yüksək səviyyəyə çatdırıb.

Müəllif | Apa.Tv
Apa.tv