Neftin qiyməti 48 dollar ətrafında sabitləşir

Birjalarda neftin qiyməti 48 dollar ətrafında sabitləşməkdədir. APA TV-nin məlumatına görə, dünən 48,10 dollarla ilin rekordunu müəyyənləşdirən “Brent” nefti bugünkü seanslarda nisbətən ucuzlaşmağa başlayıb. Hazırda birjaların səhər seanslarında “Brent” neftinin bir bareli 47,80 dollardan satılır. Bu, 24 saat öncəki qiymətə nisbətən 20 sent baha olsa da, illik maksimumdan 30 sent ucuzdur.

 

Qərbi Texas neftinin qiyməti də mayın 12-də bu ilin maksimumuna çatıb. 2016-cı ildə ilk dəfə bir bareli 46,91 dollardan satılan WTİ neftinin də qiyməti sabitləşməyə başlayıb. Hazırda bu markadan olan neft 46,30 dollardan təklif olunur ki, bu da 24 saat əvvəlki qiymətlə eynidir.  

 

Qeyd edək ki, birjalarda həftənin son hərracları bu axşam keçiriləcək. Növbəti hərraclar isə bazar ertəsi başlayacaq. 

Müəllif | Apa.Tv
Apa.tv