Qadını küçənin ortasında qarət edən şəxs: "Siqaret və yemək pulum yox idi"

Abşeron polisi qadını küçənin ortasında qarət edən şəxsi saxlayıb.

 

APA TV-nin məlumatına görə, vətəndaş Rəqsanə Abdullayeva polisə müraciət edərək bildirib ki, gecə Heydər Əliyev prospektində işlədiyi kafedən çıxıb evə gedən zaman naməlum şəxs əlindəki çantanı alaraq qaçıb. Çantada isə 135 manat dəyərində olan planşet, bank kartı və kosmetika ləvazimatları olub.

 

Dərhal əməliyyat keçirən polis soyğunçuluqda şübhəli bilinən 1977-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı Ramil Namazov saxlanıb. Polis idarəsinə  gətirilən R.Namazov ilkin ifadəsi zamanı əməlini etiraf edib: "Səs-küy düşdü, çantanı atıb qaçdım. Polis də arxamca gəldi, tutdu məni. Çantanın içində nə olduğunu bilmirdim. Maaşımı almamışdım. Siqaret və yemək pulum yox idi".

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv