Azərbaycanın Rusiyadakı səfirliyində seçki baş tutub
Azərbaycanın Rusiyadakı səfirliyində saat 17-yə qədər 1380 nəfər seçici səs verib. APA-nın Moskva müxbiri xəbər verir ki, Məntəqə Seçki Komissiyasının sədri Ağalar Ağamoğlanov konsulluq qeydiyyatında olan 1500 nəfər seçicinin 93 %-nin artıq seçkilərdə iştirak etdiyini söyləyib.
Rusiyanın Sankt-Peterburq və Yekaterenburq şəhərlərində də seçki məntəqələri yaradılıb. Seçki prosesi Moskva vaxtı ilə 19:00-da başa çatıb.
MDB Parlamentlərarası Assambleyası Muşahidə Şurasının üzvü Sergey Karavayev seçkilərin yüksək səviyyədə keçdiyini söyləyib. Azərbaycanın Rusiyadakı səfirliyində seçkilər baş tutmuş sayılır.
“Seçicilərin səsvermə hüququndan istifadə etməsi üçün bütün şərait yaradılıb. Bu çox sevindirci haldır. Seçicilər məntəqlərə gələrək öz hüquqlarından istifadə edirlər” - deyə Karavayev bildirib.