Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri Qəbələdə görüşəcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvəti ilə mayın 14-də Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, səfər çərçivəsində Qəbələ şəhərində nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar nəzərdə tutulub.

Müdafiə nazirlərinin Qəbələ şəhərinə səfəri mayın 15-dək davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv