Bakıda polis bölməsində ölüm hadisəsi: 30 yaşlı gənc dünyasını dəyişdi
Bakıda polis bölməsində ölüm hadisəsi baş verib.
Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün 1-ci Polis Bölməsində qeydə alınıb. İzahatı alınmaq üçün bölməyə dəvət olunan 1986-cı il təvəllüdlü Zaur Səxavət oğlu Sultanov polis bölməsinin həyətində səhhəti qəfildən pisləşib və ölüb. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Lerik rayon sakini, Zaur Sultanov barəsində şikayət ərizəsi olduğu üçün polis bölməsinə dəvət edilib. Qohumu onu döydüyünü iddia edərək Z.Sultanovdan polisə şikayət edibmiş. Əvvəllər məhkumluğu olmayan 30 yaşlı Zaurun polis bölməsinə gələrkən ciddi həyəcan keçirdiyi və ürək problemi ilə bağlı vəfat etdiyi ehtimal edilir.