Çexiyanın sabiq xarici işlər naziri səsverməni müşahidə etdi

“Azərbaycanda keçirilən prezident seçkilərində heç bir qanun pozuntusuna rast gəlməmişik”.

 

APA TV-nin məlumatına görə, bunu Azərbaycanda prezident seçkilərini müşahidə edən Çexiya Diplomatik Akademiyasının direktoru, ölkənin sabiq xarici işlər naziri Kiril Svoboda jurnalistlərə açıqlamasında bildirib: “Biz səs verən vətəndaşlarla da görüşmüşük və heç bir qanun pozuntusuna rast gəlməmişik. Seçki prosesinin normal ölkələrdə olduğu kimi düzgün və şəffaf keçirilməsinin şahidi olduq. Eyni zamanda seçicilərdə yüksək-əhval ruhiyyə də var idi”.

Müəllif | Apa.Tv
Apa.tv