Ermənistanın polis sistemində kütləvi istefalar başladı
Ermənistanın polis orqanlarında kütləvi istefalar başlayıb. APA TV-nin erməni saytlarına istinadən xəbərinə görə, istefalarla yanaşı tutduqları vəzifələrdən uzaqlaşdırılan yüksək vəzifəli şəxslər də var.
Onların arasında Lori vilayətinin polis rəisinin müavini Ara Karapetyan və Quqark rayonun rəisi Artur Şahverdiyan da var. Hər iki şəxs Ermənistan DİN-nin uzun illərdir tanınmış simasıdır. Onların son vaxtlar dövlətin yeritdiyi siyasətə qarşı çıxdıqları bildirilir.
Xatırladaq ki, bundan əvvəl bir neçə yüksək çinli polis zabit öz istəkləri ilə istefaya gedib.