Azərbaycan Ordusunun əsgəri şəhid oldu

Azərbaycan Ordusunun əsgəri şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, mayın 12-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Rahil Rafiq oğlu Ərəbli şəhid olub.

 

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Müəllif | Apa.Tv
Apa.tv