Metsamor AES-in bağlanmasına dair imzatoplama kampaniyası başladı
Ermənilər uzun illərdir Metsamor atom-elektrik stansiyasının kimyəvi tullantılarının Araz çayına axıdılması regionun ekoloji durumuna ciddi təhlükə yaratmaqdadır.Dəfələrlə istər regional, istərsə də beynəlxalq səviyyələrdə edilən xəbərdarlıqlara məhəl qoymayan Ermənistan rəhbərliyi sözü gedən stansiyanın regiona törətdiyi təhdidləri qəti şəkildə inkar edir, "Metsamor"un bölgəni zəhərləməsinə şərait yaradır. Vaxtaşırı bu stansiyanın qonşu dövlətləri, xüsusilə də ölkəmizi təhlükə qarşısında qoyması ilə bağlı həyəcan təbili çalınsa da, Ermənistanın kriminal, işğalçı rejimi analoji xəbərdarlıqları qulaqardına vurmaqla məşğuldur.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, dünya ictimaiyyəti Azərbaycanın üzləşdiyi ekoloji terror təhlükəsinə obyektiv yanaşsa, bu fakt Metsamor AES vasitəsilə regionu faktiki qorxu içərisində saxlayan Ermənistan rəhbərliyinə ciddi siqnal olacaq: "Adətdir ki, petisiyaya görə stansiya, hər halda, bağlanmayacaq. Amma petisiyanın varlığı və ora tək azərbaycanlıların deyil, Gürcüstan vətəndaşlarının, digər dövlətlərin vətəndaşlarının qol çəkməsi, imza atması bu məsələni beynəlxalq aləmin gündəminə çıxara və aktuallaşdıra bilər”.
Qeyd edək ki, 6 may tarixində bir qrup azərbaycanlı blogger tərəfindən "Change.Org" saytında Metsamor təhlükəsindən beynəlxalq ictimaiyyəti xəbərdar etmək və bu bəlanın qarşısını almaq, onun gələcəkdə səbəb olacağı ekoloji və sosial fəlakətdən daha geniş auditoriyanı məlumatlandırmaq məqsədilə petisiya yerləşdirilib. İstənilən internet istifadəçisi bu petisiyanı imzalaya bilər. İnternet istifadəçiləri aşağıda göstərilən ünvana daxil olduqdan sonra ekranın sağ küncündəki formaya müvafiq olaraq ad, soyadı, elektron poçt ünvanı, ölkə və yaşadığı şəhərin adını daxil etdikdən sonra "Podpisatğ" düyməsini seçməklə, petisiyaya səs verə bilərlər.