“QHT Əməkdaşlıq Alyansı" və "ELS"-in keçirdiyi "exit-poll"un nəticələri
Azərbaycanda exit-poll keçirən yerli təşkilatlar nəticələri aşıqlayıblar. “QHT Əməkdaşlıq Alyansı”nın keçirdiyi exit-pollun nəticələrinə görə, İlham Əliyev seçicilərin 83,89 faizini toplayıb. Cəmil Həsənli 8,20% səslə ikinci, İqbal Ağazadə 1,88% səslə üçüncü, Qüdrət Həsənquliyev 1,30% dördüncü yerdədir. Zahid Oruc səslərin 0,98 faizini, İlyas İsmayılov 0,95 faizini, Hafiz Hacıyev 0,79 faizini, Araz Əlizadə 0,71 faizini, Sərdar Cəlaloğlu 0,67 faizini, Fərəc Quliyev isə 0,63 faizini toplayıb.
“ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi də prezident seçkiləri zamanı keçirdiyi «exit-poll»un nəticələrini açıqlayıb.
Mərkəzin rəhbəri İradə Yaqubova nəticələri elan edib. Tədqiqat 400 seçki məntəqəsində keçirilib.“Exit-poll”un nəticələrinə görə, seçkilərdə seçici fəallığı 72,3% təşkil edib. Səslər isə namizədlər arasında aşağıda göstərildiyi kimi paylanıb:
İlham Əliyev– 80.8 %, Cəmil Həsənli - 10.55 %, Qüdrət Həsənquliyev – 2.81%, İqbal Ağa-zadə – 1.88 %. Digər namizədlər 1 faizdən az səs toplayıblar.