Şəhid əsgərimiz dəfn edildi

Ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri dəfn edilib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, 20 yaşlı Rahil Rafiq oğlu Ərəbli doğulduğu Şirvan şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.  Dəfn mərasimində şəhər İcra Hakimiyyətinin rəsmiləri, şəhidin əsgər yoldaşları, doğmaları və ictimaiyyət  nümayəndələri iştirak ediblər. 

 

Şəhidin ruhuna dualar oxunub, yaylım atəşi açılıb. Cənazəsinə bükülmüş üçrəngli bayraq Rahil Ərəblinin atasına verilib.

 

Qeyd edək ki, Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsinin sakini Rahil Rafiq oğlu Ərəbli mayın 12-də qoşunların təmas xəttində düşmənlə atışmada şəhid olub.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı