Ermənilər Tərtərin Qazyan kəndini ağır artilleriyadan atəşə tutdu

Erməni silahlı birləşmələri bu gün saat 18 radələrində Tərtər rayonunun Qazyan kəndini ağır artilleriyadan atəşə tutub.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ağır artilleriyadan atılan mərmilər kəndin əkin sahələrinə düşüb.

 

Sakinlərdən xəsarət alan olmayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv