İŞİD “Real”ın fan-klubunu atəşə tutdu: 16 ölü

İŞİD terror təşkilatının üzvləri Madrid “Real”ının Bağdaddakı fan-klubuna hücum ediblər. APA TV-nin məlumatına görə, üç silahlı şəxs ötən axşam tanınmış futbol klubunun pərəstişkarlarının toplaşdığı kafeni pulemyotlardan atəşə tutub.

 

Hadisə nəticəsində 16 nəfər ölüb, 20 adam yaralanıb. Fan-klubun Facebook səhifəsində hadisə terror aktı kimi dəyərləndirilib.

 

Fanatlara hücum edənlər hadisə yerindən qaçıblar. Daha sonra onlardan biri ələ keçməmək üçün bazar yaxınlığında özünü partladıb.

 

İspaniya Peşəkar Futbol Liqasının prezidenti Havyer Tebas baş vermiş hadisəyə "Twitter"dən münasibət bildirib. O, bəyan edib ki, terror futbola hücum edir: “Futbol terrorun hədəfinə çevrilir”. 

Müəllif | Apa.Tv
Apa.tv