Cəbhədə daha bir düşmən hərbçisi ağır yaralanıb
Ermənistan ordusunun mayın 13-dən 14-ə keçən gecə cəbhədə yaratdığı gərginliyə cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənə əks-zərbələr endirib. APA TV-nin erməni mənbələrinə istinadən xəbərində görə, cavab atəşi nəticəsində qarşı tərəfin müddətdən artıq xidmət keçən 21 yaşlı hərbçisi Ovannes Poqosyan ağır yaralanıb.
Erməni hərbçisi təmas xəttinin şimal istiqamətində yaralanıb.