Ukrayna: "Rusiya soyqırımı törədib və beynəlxalq məhkəməyə veriləcək"

 Ukrayna BMT-yə müraciət edərək Beynəlxalq Cinayət Məhkəməsini Donbasda kütləvi qırğınlar törədilməsi faktlarını araşdırmağa çağırıb. APA TV-nin məlumatına görə, Ukraynanın BMT-dəki daimi nümayəndəliyi bu cinayətlərin törədilməsinə görə Rusiyanı və qondarma Donetsk və Luqansk xalq respublikalarının liderlərini ittiham edib. Diplomatlar Beynəlxalq Cinayət Məhkəməsinin kütləvi qırğınlarla bağlı faktlara hüquqi qiymət verməli olduğunu bəyan ediblər. 

Müəllif | Apa.Tv
Apa.tv